» » MTN prokurorluğa Xədicə İsmayıl barədə sənəd göndərib

MTN prokurorluğa Xədicə İsmayıl barədə sənəd göndərib

Bölmə: GÜNDƏM
MTN prokurorluğa Xədicə İsmayıl barədə sənəd göndərib
Bu gün Binəqədi Rayon Məhkəməsində müxalif düşərgənin baş bayraqdarı Elman Türkoğlunun “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə növbəti məhkəmə iclası keçirilib.

Virtualaz.org saytının verdiyi xəbərə görə, prosesə hakim Sədrəddin Hacıyev sədrlik edib.

Prosesdə Elman Türkoğlunun vəsatəti təmin olunub. MTN-dən prokurorluğa sənəd göndərilib ki, X.İsmayıl belə bir sənədi 2011-ci ildə doğrudan da paylaşıb.

X.İsmayılın vəkili Elton Quliyevin qaldırdığı vəsatət də təmin olunub. Vəkil virtualaz.org saytına dedi ki, onlar vəsatətdə ittiham tərəfinin iddia etdiyi həmin mətnin doğrudan da X.İsmayıl tərəfindən internetdə yayılmasının sübut edilməsini istəyib.

Qeyd edək ki, dünənki prosesdə X.İsmayıl ümumiyyətlə bu işə aidiyyətinin olmadığını, sözügedən sənədin onun tərəfindən yayılmadığını bidirmişdi.

Xatırladaq ki, E.Türkoğlu X.İsmayılı onun şərəf və ləyaqətini təhqir edib böhtan atdığı iddiası ilə məhkəməyə verib. O, jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, “Azadlıq" radiosunun əməkdaşı, jurnalist İsmayılova Xədicə Rövşən qızının yalan olduğunu bilə-bilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) keçmiş üzvü, “Elman Türkoğlu” və “Baş bayraqdar” ləqəbləri ilə tanınan Həsənov Elman Həsən oğlunun guya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması, narkotik maddələrdən istifadə etməsi və 4 nəfər qeyri-ənənəvi seksual oriyentasiyaya malik şəxslə cinsi əlaqədə olması barədə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları, habelə onu Şəki rayon sakini Niftalıyeva Leyla Adil qızını zorlamasına dair ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayması ilə əlaqədar E.Həsənov onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler