» » Qarabağda ölümcül yaralanan erməni hərbçi Yerevana aparıldı

Qarabağda ölümcül yaralanan erməni hərbçi Yerevana aparıldı

Bölmə: GÜNDƏM
Qarabağda ölümcül yaralanan erməni hərbçi Yerevana aparıldı
Azərbaycandan Yerevana daha bir yaralı erməni hərbçi aparılıb.

Xalqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Klinik Hərbi Hospitala aparılan əsgər Yuri Zakaryanın ağır vəziyyətdə olduğu bildirilir. Onun iyunun 17-də Azərbaycanın işğal altındakı Xocavənd rayonu istiqamətində baş verən atışma zamanı başından güllə yarası aldığı və kritik durumda olduğu deyilir.

“O çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Xankəndidə əməliyyat olunduqdan sonra hazırda yeni cərrahiyyə müdaxiləsinə ehtiyac duyur, süni nəfər aparatına qoşulub”-deyə hospitalın reanimasiya şöbəsinin rəhbəri Qayane Ovanisyan deyib.

Bundan əvvəl, Yerevana daha 2 yaralı erməni əsgəri aparılmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler