» » Bülənt Arınç FETO-çularla ilgisindən danışdı –

Bülənt Arınç FETO-çularla ilgisindən danışdı – Video

Bölmə: GÜNDƏM
Bülənt Arınç FETO-çularla ilgisindən danışdı –
“27 aprel 2007-ci ildə Türkiyədə yaşananların üzərindən 10 il keçib. O zaman Türkiyə Cümhuriyyəti başqanlıq Əhməd Necdət Sezərin prezidentlik müddəti bitmişdi. Dövlət başçılığına yeni namizəd isə Abdulla Gül idi. Mənim Məclis sədri olduğum dövrdə ilk dəfə bir dövlət başçısı seçəcəkdik. Eyni zamanda hakimiyyətə yeni bir partiyanın namizədi gələcəkdi. Amma bu namizədə qarşı kampaniyalar aparıldı. İlk öncə müxalifət həyat yoldaşının başı örtülü olan bir namizədin Türkiyə prezidenti ola bilməyəcəyi iddiasında çıxış etdi. Bundan sonra Türkiyə Silahlı Qüvvələrindən də bu namizəd əlehinə çıxanlar oldu”.

Xalqinfo.az xəbər verir ki, bunu 22-ci dönəm Türkiyə Böyük Millət Məclisinin sədri, Baş nazirin sabiq müavini Bülənt Arınç bildirib.

Bülənt Arınçın sözlərinə görə, Məclisdə də 367 millət vəkilinin iştirakının zəruriliyi ortaya çıxdı.

Bülənt Arınç daha sonra hökuməti böhrana salan səbəblərdən və FETO-çularla ilgisindən danışıb: "Hazırda əsas hədəf mən deyiləm. Bu gün mənim adımı hallandıranlar işlədiyim dövrdə Baş nazirim olan insanı hədəf alıblar".

Bülənt Arınç Türkiyənin hər zaman ədalətə ehtiyacı olduğunu vurğulayaraq insanların konkret nədə ittiham olunduğu bilinmədən aylarla həbsxanada saxlanılmasına qarşı olduğunu da vurğulayıb.

Modern.az həmin müsahibəni təqdim edir:



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler