» » "Ermənistanın mövqeyi həlledici əhəmiyyət daşımayacaq" -

"Ermənistanın mövqeyi həlledici əhəmiyyət daşımayacaq" - Politoloq

Bölmə: GÜNDƏM
"Ermənistanın mövqeyi həlledici əhəmiyyət daşımayacaq" -
“UNESCO-nun baş direktoru vəzifəsinə Azərbaycanın öz namizədini irəli sürməsi məntiqi addımdır. Çünki Azərbaycan dünyanın bütün ölkələri üçün mühüm humanitar-mədəni əhəmiyyətə malik çoxsaylı tədbirlərə ev sahibliyi edir. Məsələn, Beynəlxalq Humanitar Forum bəşəriyyət qarşısında duran problemlərin müzakirəsi üçün ən mühüm tədbirlərdən biridir”.

Xalqinfo.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri UNESCO-nun baş direktoru vəzifəsinə Polad Bülbüloğlunun namizədliyinin irəli sürülməsini şərh edən Rusiya Federasiyası İctimai Palatasının üzvü, politoloq Sergey Markov bildirib

O qeyd edib ki, çoxşaxəli və parlaq fəaliyyəti sayəsində Polad Bülbüloğlunu UNESCO-da da yaxşı tanıyırlar. O, respublikanın mədəniyyət naziri vəzifəsində çalışdığı iyirmi ildə Azərbaycanın UNESCO ilə əməkdaşlığının inkişafına fəal kömək göstərib. 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində Azərbaycanı bürüyən xaos şəraitində respublikada bir çox mədəni dəyərlər məhz Polad Bülbüloğlunun yüksək nüfuzu və şəxsi müdaxiləsi hesabına qorunub saxlanılıb. Politoloq vurğulayıb ki, P.Bülbüloğlu nazir olduğu illərdə heç bir kitabxana, teatr, muzey, sərgi zalı bağlanmayıb.

Nüfuzlu beynəlxalq təşkilatın rəhbəri vəzifəsinə Azərbaycandan olan namizədin seçilməsinin mümkünlüyü faktı qonşu Ermənistanın ürəyincə olmayıb və Polad Bülbüloğluya qarşı aşkar kampaniya aparılıb.

“Mən proqnoz verə bilərəm ki, Ermənistanda Azərbaycanın istənilən namizədinə qarşı çıxış edəcəkdilər”, - deyə Sergey Markov bildirib.

Onun sözlərinə görə, UNESCO-nun baş direktorunun seçkisində Ermənistanın mövqeyi həlledici əhəmiyyət daşımayacaq. “Bu təşkilatda çoxları başa düşürlər ki, bu qədər keyfiyyət və istedadı özündə birləşdirən, yaradıcılıq fəaliyyətində, mədəniyyət idarəçiliyində və bütövlükdə humanitar sahədə beynəlxalq səviyyədə böyük təcrübəsi olan Polad Bülbüloğlu kimi adam tapmaq asan deyil. Sözsüz ki, onun simasında UNESCO bu təşkilatın qarşısında duran çoxsaylı və asan olmayan vəzifələri yerinə yetirə biləcək layiqli və səriştəli rəhbər qazanacaq”, - deyə S.Markov vurğulayıb.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler