» » Poroşenko ABŞ-dan təcili hərbi yardım istəyib

Poroşenko ABŞ-dan təcili hərbi yardım istəyib

Bölmə: GÜNDƏM
Poroşenko ABŞ-dan təcili hərbi yardım istəyib
Ukrayna ordusunun silah-sursat da daxil olmaqla beynəlxalq yardıma ehtiyacı var.


Bu barədə Ukrayna prezidenti Petro Poroşenko ABŞ Konqresində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, ukraynalılar hazırda demokratiya uğrunda ön cəbhədə mübarizə aparır və bütün azad dünyanı işğalçıdan müdafiə edir. “Ukrayna əsgərlərinin vuruşduğu müharibə azad dünya uğrunda müharibədir”, deyə Poroşenko qeyd edib.

Poroşenko 20 il əvvəl Budapeşt memorandumunun imzalandığını xatırladaraq, Ukraynanın təhlükəsizlik zəmanətinin müqabilində nüvə potensialına malik olmaqdan imtina etdiyini qeyd edib. Prezident Donbas və Abxaziyadakı hadisələr arasında oxşar cəhətləri vurğulayaraq yaranmış mürəkkəb vəziyyətdə Ukraynanı tək qoymamağa çağırıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler