» » Almaniya ansamblı Gəncədə konsert verdi

Almaniya ansamblı Gəncədə konsert verdi

Bölmə: GÜNDƏM
Almaniya ansamblı Gəncədə konsert verdi
Bu gün Gəncədəki Heydər Əliyev adına park-kompleksdəki amfiteatrda izdiham yaşanıb. Dörd min nəfərə yaxın tamaşaçı burada Milli Musiqi Gününə həsr edilmiş konsert proqramını izləyib.


Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin və “Aznur” MMC-nin birgə təşkilatçılığı ilə təşkil olunmuş konsertdə Almaniyanın “Arirang” nəfəsli alətlər kvinteti maraqlı proqramla çıxış edib.

Sakura Kindznisin, Monika Şnayderin, Yörg Şnayderin, Stefen Dilnerin və Sebastian Şindlerin kimi çalğıçıların daxil olduqları nəfəsli alətlər kvintetinin ifasında maraqlı musiqi nömrələri səsləndirilib.

Böyük anşlaqla keçən konsertin sonunda tamaşaçılar maraqlı ifa üçün Almaniyanın incəsənət ustalarına minnətdarlıqlarını bildiriblər.

Konsertdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə müvəkkili Volfqanq Mössinqer iştirak edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler