» » 10 yaşlı azərbaycanlı münsiflərin qəlbini fəth etdi –

10 yaşlı azərbaycanlı münsiflərin qəlbini fəth etdi – VİDEO

Bölmə: GÜNDƏM
10 yaşlı azərbaycanlı münsiflərin qəlbini fəth etdi –
Naberejnı Çelnıda yaşayan əslən Azərbaycandan olan 10 yaşlı Nurlan İsmayılov Rusiyanın birinci kanalında yayımlanan “Qolos deti” şousunun dördüncü mövsümünə vəsiqə qazanıb.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, Nurlan Polad Bülbüloğlunun “Zəng et” mahnısını ifa edib.

Nurlanın səsinə ilk Nyuşa çevrilib. Nurlanın çıxışı o dərəcədə parlaq olub ki, müğənni kürsüsündə rahat otura bilməyib və rəqs etməyə başlayıb.

“Bax indi mən vicdanla deyə bilərəm ki, gözlədiyim kişiyə rast gəldim. Gəl yanıma əzizim! Axır ki, bu baş verdi, mən xoşbəxtəm”, - bunları müğənni gənc azərbaycanlının çıxışından sonra deyib.

Nurlan Nyuşanın komandaya götürdüyü son iştirakçı olub. O, ifası ilə müğənninin qəlbini fəth edib!



Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler