Erməni tanklarının çəninə yanacaq əvəzinə su tökülübmüş?Bölmə: GÜNDƏM
Ermənistanın baş prokurorluğu ötən ilin aprel döyüşlərində Qarabağdakı erməni tanklarının keyfiyyətsiz yanacaq ucbatından hərbi tapşırıqları yerinə yetirə bilməməsi haqda iddiaları araşdırıb. Bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti xəbər verir. Prokurorluq bildirir ki, yanacağın keyfiyyətsizliyi, bəzi tankların çəninə hətta yanacaq əvəzinə su tökülməsi haqda deyilənlər həqiqəti əks etdirmir. Xatırladaq ki, bu ilin martında baş nazir Karen Karapetyan Ermənistanın Milli Məclisində çıxış edərkən demişdi ki, ölkə bazarlarında külli miqdarda keyfiyyətsiz yanacaq var və aprel döyüşləri zamanı da bu səbəbdən hərbi texnikanın işə düşməməsi ilə bağlı çoxlu hallar olub. Qeyd edək ki, Qarabağdakı qondarma "müdafiə ordusunun" N saylı hərbi hissəsində komandirin müavini olmuş podpolkovnik Aleksan Arakelyanın atası Gevork Arakelyan mətbuata demişdi ki, aprel döyüşləri zamanı bəzi tankların çəninə yanacaq əvəzinə su töküldüyü ortaya çıxıb. Bəzi tankların isə elektrik akkumulyatoru olmayıb. Onun fikrincə, buna görə də erməni qüvvələri döyüşlərdə Azərbaycan tərəfinə lazımi şəkildə cavab verə bilməyiblər. Prokurorluq bildirir ki, bu məlumatlar təsdiqini tapmayıb və bu səbəbdən cinayət işi açılmasına ehtiyac yoxdur. Bundan əvvəl Müdafiə Nazirliyi də bəyan etmişdi ki, aprel döyüşlərində texnikanın keyfiyyətsiz yanacağa görə işə düşməməsi halları baş verməyib. Bir neçə gün əvvəl baş nazir Karapetyan yenidən keyfiyyətsiz neft məhsullarının Ermənistan bazarlarına ayaq açması haqda danışıb, amma bu dəfə aprel döyüşlərindən heç nə deməyib. Aprel döyüşlərində Azərbaycan tərəfi işğal olunmuş Qarabağda bir sıra strateji yüksəklikləri azad edib. (“Azadlıq” radiosu) |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|