» » Ermənistan Müdafiə Nazirliyi Qarabağda həlak olmuş əsgərlər haqda məlumat vermir

Ermənistan Müdafiə Nazirliyi Qarabağda həlak olmuş əsgərlər haqda məlumat vermir

Bölmə: GÜNDƏM
Ermənistan Müdafiə Nazirliyi Qarabağda həlak olmuş əsgərlər haqda məlumat vermir
Bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti, təmas xəttinin Ağdam istiqamətində döyüş toqquşmalarını şərh edərək, həlak olmuş Azərbaycan zabitləri və əsgərləri haqda informasiya yaydı.

Ancaq ATƏT-in Minsk Qrupu həmsədrlərinin təcili bəyanatından sonra qəti aydın oldu ki, dünənki döyüşlər zamanı hər iki tərəf itki verib. Lakin Ermənistan Müdafiə Nazirliyi həlak olmuş erməni hərbi qulluqçuları haqqında məlumat vermir. Hərçənd, Ermənistandakı ictimai fəallar sosial şəbəkələrdə erməni ordusu sıralarında həlak olanların olduğunu yazırlar.

Xalqinfo.az bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi də Silahlı Qüvvələrdəki itkilər haqqında quru və ümumi informasiya ilə kifayətlənərək eyni mövqe tutur.

Xatırladaq ki, həmsədrlər yaydıqları son bəyanatda tərəfləri bundan əvvəl təmas xəttinə yaxın yerləşdirilmiş ağır texnikanı geri çəkməyə, ATƏT sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə ötən axşam əldə edilmiş razılaşmaya əsasən cəsədlərin götürülməsinə imkan yaratmağa çağırıb.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler