» » Gürcüstanın baş naziri İlham Əliyevə zəng edib

Gürcüstanın baş naziri İlham Əliyevə zəng edib

Bölmə: GÜNDƏM
Gürcüstanın baş naziri İlham Əliyevə zəng edib
Fevralın 23-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Xalqinfo" xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstanın Baş naziri xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə bağlı təbriklərini çatdırıb və əminliyini ifadə edib ki, bu təyinat Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi işinə öz müsbət təsirini göstərəcəkdir.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Giorgi Kvirikaşvili siyasi, iqtisadi, energetika və digər sahələrdə əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Dövlətbaşçısı qeyd edib ki, bu gün “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı uğurla keçirilib və Gürdib..

Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri gələcək təmaslar və səfərlər barədə də danışıblar.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler