» » İtlər Lerik sakinini xəstəxanalıq etdilər

İtlər Lerik sakinini xəstəxanalıq etdilər

Bölmə: GÜNDƏM
İtlər Lerik sakinini xəstəxanalıq etdilər
Lerik rayon sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

Xalqifo.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, sahibsiz itlər kənd sakini, 1964-cü il təvəllüdlü Xanəbəy Dadaşova hücum ediblər. Üz və əl nahiyəsindən xəsarət alan sakin qonşuları tərəfindən Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lerik Rayon Mərkəzi Xəstəxanasından report-a bildirilib ki, xəstəxanaya gətirilmiş yaralı Çayrud kənd sakini Dadaşov Xanıbəy Xeyrulla oğluna tibbi yardım göstərilib. Zəruri tibbi tədbirlər görülüb, onun yaraları tikilib.

Hazırda onun vəziyyəti normaldır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler