» » Dilqəmin atasının səhhəti ağırlaşdı -

Dilqəmin atasının səhhəti ağırlaşdı - “Bütün gün onu çağırır…”

Bölmə: GÜNDƏM
Dilqəmin atasının səhhəti ağırlaşdı -

Artıq 3 ildir ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti ağırlaşıb.

Bu haqda Modern.az-a D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib:

“10 gün olardı ki, babam gecə-gündüz yatmırdı. Bütün günü atamın adını çəkirdi. 82 yaşlı qoca kişidir. Evdən çölə çıxanda iflic olub. Bir tərəfi işləmirdi, dili tutulmuşdu”.

K.Əsgərov bildirib ki, hazırda babası müalicə alır:

“Şəmkirdəki evində, yataq rejimində müalicəsini davam etdiririk. 4 günlük müalicədən sonra şükür, yaxşıdır, dili açıldı. Bütün gün yenə də atamı çağırır”.

O, həmçinin qeyd edib ki, yanvar ayı ərzində atasından məktub almayıb:

“Sonuncu dəfə ötən ilin dekabrda məlumat almışıq. Qırmızı Xaç Komitəsi tərəfindən atama göndərmək üçün yeni məktub yazılması lazım olduğunu bildirməyiblər. Məktub yazanda belə, atama babamın vəziyyəti barədə yazmağı düşünmürəm. Çünki onun üçün belə xəbər eşitmək ağır olar”.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler