» » İlham Əliyev Davosa gedir

İlham Əliyev Davosa gedir

Bölmə: GÜNDƏM
İlham Əliyev Davosa gedir

Bu il İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forumunda prezident İlham Əliyev yenidən iştirak edəcək.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 17-20-si keçiriləcək budəfəki toplantıya 30-dan çox dövlət başçısı və baş nazir qatılacaq. Ümumilikdə isə 70-dən çox ölkədən 300-ə qədər yüksək vəzifəli nümayəndə təmsil olunacaq.

Builki toplantıda Türkiyə baş nazir köməkçisi Mehmet Şimşek və iqtisadiyyat naziri Nihat Zeybekçi, Çin dövlət başçısı Xi Jinping, İngiltərə baş naziri Theresa May, ABŞ prezident yardımçısı Joe Biden, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna dövlət başçısı Petro Poroşenko, Rusiya baş nazir köməkçisi Olga Golodets də olacaq.

Foruma qatılacaq liderlərin bir çoxu ikili görüşlər də keçirəcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler