» » Ermənistanı bir ildə 60 min insan tərk edib

Ermənistanı bir ildə 60 min insan tərk edib

Bölmə: GÜNDƏM
Ermənistanı bir ildə 60 min insan tərk edib

"Ötən il Ermənistanı 60 min nəfər tərk edib. Bu rəqəmlər əvvəlki ilin göstəricilərindən çoxdur".

"Xalqinfo""Report"a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentindəki Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan deyib.

Onun fikrincə, 60 min insanın ölkəni tərk etməsi 2016-cı ildə Ermənistan üçün ən böyük itkidir. "Həmçinin 2 aprel hadisələri ilin ağrılı səhifəsi oldu. Təəssüf ki, hakimiyyət bundan heç bir dərs götürmədi" – deyə deputat bildirib.

Aram Manukyan qeyd edib ki, Ermənistan Polisinin PPX alayının ərazilərinin bir qrup insan tərəfindən nəzarətə götürülməsi düşüncəsiz addım idi. Amma hər halda o xalq etirazının dalğası oldu.

"2016-cıda həmçinin yeni hökumət formalaşdırılmışdı, hansı ki, əvvəlcə ümid cücərtiləri oyatdı. Lakin insanları çox tez məyus etdi. Bu Hökumət heç özünü də arxayın etməyən büdcəni təqdim etd. Bu son 25 il ərzində ən pis büdcədir. Həmçinin nə pensiya, nə də maaşlar artırılıb", - deyə deputat qeyd edib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler