» » Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində -

Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində - Fotolar

Bölmə: GÜNDƏM
Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində -

Moskva və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib.

Xalqİnfo” xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimdə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko, Rusiyanın baş naziri Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko, Qafqaz Müsəlmanları İdatəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər yerli və xarici qonaqlar, diplomatlar və dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə çıxış edən Rusiya prezidenti patriarxı 70 illik yubileyi münasibəti ilə təbrik edərək ona möhkəm can sağlığı və bütün rus xalqına müqəddəs xidmətində uğurlar arzulayıb. Patriarx Kirill isə prezidentə təbrikə və bu gün İsa Məsih Mədəbədini ziyarət etdiyinə görə təşəkkürünü bildirib.

Putin isə cavabında "bu mənim üçün böyük zövqdür" deyərək yubilyarı "Svyata-Troitskaya Sergiyeva Lavra" pannosu ilə təltif edib.

Rusiya prezidenti daha sonra "Birinci dərəcəli Vətən qarşısında xidmətlərinə görə" ordenini Moskva və bütün Rusiyanın patriarxına təqdim edib.

Moskvada işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko da Patriarx Kirili təbrik edib: "Sizi təkcə öz adımdan deyil, bütün belarus xalqı adından təbrik edirəm. Lukaşenko patriarxa Minsk qızılgüllərindən ibarət buket və belaruslu gənc rəssam Anton Vırvonun əl işi olan Brestdəki Müqəddəs Nikolski kilsəsinin əks olunduğu rəsm əsərini hədiyyə edib.

Qeyd edək ki, Moskvada səfərdə olan QMİ sədri şeyxülislam Allahşükür Paşazadə ilə Patriarx Kirill arasında görüş keçirilib. Patriarxın iqamətgahında keçirilən görüşdə şeyxülislam Patriarx Kirilli 70 illik yubileyi münasibəti ilə təbrik edib. Ona Azərbaycan xalçası hədiyyə edib.

Görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin Patriarx Kirillə ünvanladığı təbrik məktubu da oxunub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində -
Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində -
Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində -
Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində -
Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində -
Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində -
Şeyx Putinin iştirak etdiyi yubiley mərasimində -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler