Nazir HHQ-nın radiolokasiya sistemlərinə baxış keçirdiBölmə: GÜNDƏM
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan radiotexniki hərbi hissə ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksinin açılışında iştirak edib. Xalqİnfo.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi ərazidəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib. Komanda məntəqəsində döyüş növbətçiliyinin daha yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verən nazir radiolokasiya sistemlərinə də baxış keçirib. Hərbi qulluqçuların döyüş fəaliyyəti, sosial-məişət və xidməti şəraiti ilə maraqlanan Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|