» » Jirinovski Ərdoğanı

Jirinovski Ərdoğanı TƏRİFLƏDİ

Bölmə: GÜNDƏM
Jirinovski Ərdoğanı














Rusiya Liberal Demokrat Partiyasının sədri, qalmaqallı siyasətçi Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı tərifləyib.

Xalqİnfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Jirinovski Ərdoğanın Rusiyanın adamı olduğunu deyib.

Partiya sədri həmçinin heç kimin Ərdoğanı hakimiyyətdən salmağa cəsarət edə bilməyəcəyini də bəyan edib.

“Rossiya 1” telekanalında yayımlanan verilişdə qonaq olan siyasətçi bildirib ki, onlar Türkiyə ilə bağlı aparılan beynəlxalq siyasətə müdaxilə etmək məcburiyyətindədirlər.

“Biz Ərdoğanı müdafiə etməliyik. Gərək cənub sərhədlərimizi Ərdoğana həvalə edək və o, Suriya ilə İraqda istədiyini etsin. Sonra İran da bizə qoşulacaq”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler