» » Tərtərdə ağır qəza

Tərtərdə ağır qəza

Bölmə: GÜNDƏM
Tərtərdə ağır qəza
Tərtər rayonu ərazisində baş verən yol qəzası barədə məlumat yayılıb. Xalqİnfo.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tərtər rayonu, Sarıcalı kəndi ərazisində “Mersedes” markalı minik avtomobili ilə “Mersedes” markalı yük avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 19:25-də başa çatıb.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler