» » Elçibəyin məzarı ziyarət edildi

Elçibəyin məzarı ziyarət edildi (FOTO)

Bölmə: GÜNDƏM
Elçibəyin məzarı ziyarət edildi
Bu gün Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

ANS PRESS-in məlumatına görə, bu münasibətlə müxalifətdə olan siyasi partiyaların üzvləri Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət edirlər.

Ə.Elçibəyin məzarını ilk ziyarət edən Klassik Xalq Cəbhəsi Partiyası olub. Partiya üzvləri Əbülfəz Elçibəyin məzarı üzərinə əklil qoyublar.

Elçibəyi ziyarət edənlər arasında onun ailə üzvləri də olub.

Qeyd edək ki, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler