» » “Ağ Yol” Vətəndaş Hərəkatının 1-ci Avropa Oyunları və Azərbaycana qarşı aparılan "qara piar" kampaniyası ilə bağlı BƏYANATI

“Ağ Yol” Vətəndaş Hərəkatının 1-ci Avropa Oyunları və Azərbaycana qarşı aparılan "qara piar" kampaniyası ilə bağlı BƏYANATI

Bölmə: GÜNDƏM
“Ağ Yol” Vətəndaş Hərəkatının 1-ci Avropa Oyunları və Azərbaycana qarşı aparılan "qara piar" kampaniyası ilə bağlı BƏYANATI

Xalqinfo.az bildiri ki, “Ağ Yol” Vətəndaş Hərəkatı I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan "qara piar" kampaniyasını pisləyir və xalqımızın bu qərəzə qarşı dövlətimizlə bir yerdə olduğunu bəyan edir. İnsan hüquqlarının qorunması, demokratik inkişaf hədə-qorxu və “qara piar”la əldə oluna bilməz. Azərbaycan dövləti və insanları öz yolunu özü seçir. Ölkəmiz demokratik və əsas azadlıqların qorunduğu bir məkandır. Azərbaycan ciddi demokratik inkişaf mərhələsini keçməkdədir və xalqın arzu və istəklərindən kənar heç bir addım atıla bilməz.

Xarici havadarlarının hərtərəfli dəstəyi və diktəsi ilə xalqına və dövlətinə qarşı dayanan sapı özümüzdən olan baltalar da məğlubiyyətə uğrayacaqlar. Çünki, xalqın dəstəyi onlarla yox, dövlətlə, xalqla ürəyi bir vuran iqtidarladır. Dünən Londonda Azərbaycanla bağlı keçirilən dinləmələr də qərəzli idi. Dəvət olunan azərbaycanlı spikerlərin xalq adından danışmaq səlahiyyəti yox idi. Çünki, onlar 100 % Azərbaycana qarşı qərəz ortaya qoyan xarici fondlar tərəfindən maliyyə vəsaiti alırlar.

“Ağ Yol” Vətəndaş Hərəkatı I Avropa Oyunları ilə bağlı APA informasiya agentliyinin dünən dərc etdiyi araşdırmanı alqışlayır. Bu araşdırmada yer alan faktlar onu göstərir ki, ölkəmizə qarşı qərəz heç də ayrı-ayrı xarici təşkilatların işi deyil, bu daha mütəşəkkil şəkildə ABŞ Dövlət Katibi Con Kerrinin ofisindən idarə olunur. Biz ümidvar olduğumuzu bildirmək istəyirik ki, Con Kerri bu məsələyə şəxsən aydınlıq gətirəcək və Azərbaycan-ABŞ münasibətlərinin və strateji müttəfiqliyinin zədələnməsinə imkan verməyəcək.

Azərbaycan I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, gələn qonaqların təhlükəsizliyinin və rahatlığının təminatı üçün əlindən gələni edib. Bunun fonunda ölkəmizə qarşı “qara piar”ın aparılması ədalətsizlikdir. Dünya mətbuatı və sapı özümüzdən olan baltalar qoy Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində dediyi sözləri də tirajlasın. O bildirib ki, ”belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”. Bu ilin yanvarında Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı mərasimində çıxışı zamanı isə cənab Hikki demişdi ki, “Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər”.

Biz bir daha bəyan edirik ki, ölkəmizə qarşı aparılan “qara piar” xarici anti-Azərbaycan şəbəkəsinin və erməni lobbisinin səylərinin birgə nəticəsidir. Anti-milli ünsürlər isə onların dəyirmanına su tökürlər. Biz təəssüf hissi ilə bildiririk ki, hazırda insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdilir, l Avropa Oyunlarını “boykot” çağırışları edilir və bu yolverilməzdir. Biz Azərbaycana qarşı anti-milli ünsürləri “qara piar” üçün maliyyələşdirən ABŞ-ın NED təşkilatını pisləyirik. Human Rights Watch, Amnesty İnternational, Freedom House və onlarla digər beynəlxalq təşkilatları Azərbaycan qarşı səmimi və qərəzsiz mövqe sərgiləməyə dəvət edirik.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler