DataLife Engine > Fotosessiya, MARAQLI > Şahzadə Harri və Meqan Marklı gözləyən təhlükə nədir ?

Şahzadə Harri və Meqan Marklı gözləyən təhlükə nədir ?


25-10-2019, 21:25. Yerləşdirdi: Gunay Şahzadə Harri və Meqan Marklı gözləyən təhlükə nədir ?
Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl cütlüyü krallıq ünvanlarını itirə bilər.

"Xalqinfo" xəbər verir ki, buna səbəb cütlüyün Cənubi Afrikaya köçmək niyyətində olmasıdır.

Krallıq ailəsinin müxbiri Viktoriya Arbiter bildirib ki, Harri və Meqan Bukinqam sarayını tərk etsələr, titul və üstünlüklərindən vaz keçmək məcburiyyətində qalacaqlar.

Qeyd edək ki, cütlük İTV telekanalına verdikləri və böyük əks-səda gətirən müsahibələrində Cənubi Afrikaya köçməyi yaxşı fikir adlandırmışdı. Onlar bu ayın əvvəlində Cənubi Afrikaya səyahət etmişdilər.

Cütlüyün Arçi adlı 5 aylıq körpəsi var.

Xalqinfo.az
Geri qayıt