DataLife Engine > Fotosessiya, BLOK XƏBƏR, MANŞET > Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...


10-12-2016, 14:19. Yerləşdirdi: sefa Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...

Ahəng, individuallıq, marka və brendlər...Bunlar məşhur moda bloqqerlərinin əsas göstəriciləridir. Əvvəllər dəb, geyimlə bağlı məlumatları sadəcə modelyer və stilistlərdən öyrənməyə üstünlük verirdiksə, hazırda moda bloqqerləri hazırladıqları geyim kombinləri ilə yeni bir axım yarada və kütləni arxasınca apara bilirlər.

Kimisi sərfəli və qısa müddətdə hazırlaşmağın yollarını göstərməyə çalışsa da, böyük bir qismi isə marka və brendlərdən imtina edə bilmir. Bir müddət sonra həmin məşhur brendlərin siması olmağı bacarırlar. Azərbaycanda bu sahə o qədər də inkişaf etmiş sayılmasa da, son zamanlar dəb bloqqerliyinə marağın artdığı müşahidə olunur.

Xalqİnfo.az “Qafqazinfo”-a istinadən dünyanın ən məşhur 10 moda bloqqerini təqdim edirik.

1.Chiara Ferragni hazırda dünyanın ən məşhur bloqerlərindəndir və bu işi professional şəkildə həyata keçirir. Əvvəlcə sadəcə maraq üçün fotolar çəkib sosial şəbəkələrdə yerləşdirən bu gözəl artıq şəxsi şirkətə sahibdir və illik qazancına görə milyonerliyə namizədddir. Hazırda sadəcə instaqram hesabında 7 milyon yarım izləyicisi var.

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...














2. Levi Nguyen “bir toxunuşla bənzərsiz dəyişiklik” şüarını əsas tutan asiyalı gözəl hazırda ən çox izlənən bloqqerlərdəndir. İnstaqram hesabında 117 minə yaxın izləyicisi olan Levi daha çox sadə və soyuq rənglərdə olan geyimlərə üstünlük verir.

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...














3. Mariano Divaio “Lookbook”dakı fotoları ilə məşhurlaşıb. Daha sonra tanınmış markaların siması olan Mariano hazırda modellik fəaliyyəti ilə məşğuldur və instaqram hesabında 5 milyondan çox izləyicisi var.

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...














4. Olivia Palermo daha çox lüks həyat tərzi ilə seçilən bloqqerlərdəndir. Sadə və bahalı geyimləri ilə öz tərzi olan Olivia bir zamanlar ölkəmizdə də fəaliyyət göstərən bir neçə geyim markasının sahibidir. İnstaqram hesabında 4 milyondan çox izləyicisi var.

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...














5. Kristina Bazan 2011-ci ildə İsveçrə gözəli olduqdan sonra məşhurlaşıb. İnstaqramda 2 milyon yarım izləyicisi olan bu gözəl modelliklə yanaşı bloqqerliklə də məşğul olur.

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...














6. Maris Racal bu sahəyə yeni qoşulsa da, tez bir zamanda məşhurlaşıb. Asiyalı gözəlin instaqram hesabında artıq milyon yarıma yaxın izləyicisi var.

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...














7. Duygu Özaslan da son zamanlar məşhurlaşan moda bloqqerlərindəndir. Fəaliyyətinə makiyaj dərsləri ilə başlasa da, hazırda öz geyim markasını yaradıb.

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...














8. Martha Graeff türk iş adamından ayrılandan sonra Braziliyaya geri dönüb moda bloqqerliyi ilə məşğul olmağa başlayıb. Modelin hazırda instaqram hesabında 250 minə yaxın izləyicisi var.

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...














9. London Scout & Sai De Silva maraqlı geyim kombinləri ilə məşhurlaşan ana və qızdır. Hazırda bloqqer və model kimi fəaliyyət göstərən bu cütlüyün instaqram hesabında 137 min izləyicisi var.

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...














10. Son olaraq siyahımızda azərbaycanlı moda bloqqerinə də yer vermək istədik. Ölkəmizdə bu sahənin yeni olduğunu nəzərə alsaq, İblondee hesabı ilə instagramda 45 minə yaxın izləyicisi olan həmyerlimiz Günel İsmayılova da özünə kifayət qədər auditoriya toplaya bilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Milyonlar onları izləyir - Dəb, lüks həyat, brendlər...
Geri qayıt