DataLife Engine > Fotosessiya, BLOK XƏBƏR > Natavan istəyinə çatdı -

Natavan istəyinə çatdı -


30-07-2015, 09:28. Yerləşdirdi: Tural Natavan istəyinə çatdı -
Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi arasındakı qalmaqal bitmək üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Aygün Kazımova ifaçının ünvanına səsləndirdiyi ittihamı geri götürüb:

“Mən öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək, Natavan Həbibi barədə dediyimi təkzib edirəm”.

Xatırladaq ki, sözügedən məşhurlar arasındakı məhkəmə prosesi Natavan Həbibinin xeyrinə bitmişdi. Xalq artisti “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” iddiaya əsasən çıxarılan qətnaməni qəbul etməyərək apelyasiya şikayəti versə də məhkəmə qərarı dəyişməmişdi.

Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə görə Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməli idi.
Geri qayıt