Rza Diqqəti Xudafərindən yeni fotolar çəkdiBölmə: Fotosessiya, MARAQLI
“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) oktyabrın 4-də erməni işğalından azad edilən Cəbrayıl şəhərinə səfər edib. “Xalqinfo”nun məlumatına görə, öz instaqram hesabında Xudafərin körpüsündən fotolar paylaşan fotojurnalist bu fikirləri qeyd edib: “Azərbaycan, Cəbrayıl rayonu, 2020-ci ilin oktyabrı. Avropa ilə Asiya arasında ticarət yolları yaradan, Avropada şərqşünaslar və fars, türk dünyası və Çində şairlər tərəfindən hekayələr, əfsanələr və fantaziyalar qurmağa ilhamlandıran İpək Yolu. Xudafərin körpüləri 13-cü əsrdə Böyük İpək Yolu zamanı Azərbaycan və İran arasında faktiki olaraq təbii sərhəd olan Araz çayını keçmək üçün istifadə olunan iki tarixi körpüdür. 1993-cü ildən 2020-ci ilin oktyabrına qədər Cəbrayıl rayonu erməni qüvvələrinin işğalı altında olub. 18 oktyabrdan etibarən Azərbaycan qüvvələri bölgəyə və bu tarixi- simvolik abidələrə nəzarəti geri aldı. Azərbaycanda idim, onların xəttini izləyən gözəl və qədim Xudafarin körpülərinə baxırdım, baxışlarım Araz çayını keçib 1981-ci ildə tərk etdiyim gündən bəri olmadığım bir ölkəyə - İrana çatdı. Cəbrayılda ailələr doğulduqları ərazini 27 ildən sonra ilk dəfə görə biləcəklər”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|