» » “Hətta sərxoş adamla dil tapıram” -

“Hətta sərxoş adamla dil tapıram” - Bakılı dicey

Bölmə: Fotosessiya, Şou
“Hətta sərxoş adamla dil tapıram” -
“Ailəmiz həmişə mənim bütün ilk addımlarımı dəstəkləyib. Mən diceyliyə gələndə hamının gözləri dörd olmuşdu, amma bütün bunlar tezliklə arxa plana keçdi. Valideynlərim də başa düşdülər ki, bu, məndə alınır və ən əsası mən bu işdən böyük zövq alıram, yaxşı qazanıram. Bunlar isə istənilən peşə üçün vacibdir”.

Xalqinfo.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Azərbaycanın ilk qız diceyi, səhnədə Stasy adı ilə məşhur olan Anastasiya Tostova deyib.

Artıq 6 ildir ki, diceyliklə məşğul olduğunu deyən Anastasiya seçimindən şikayətçi deyil: “Sizə düzünü deyəcəm, mənə dəfələrlə valideynlər zəng edərək onların qızlarına da bu işi öyrətməyi xahiş ediblər, amma mən həmişə "başımdan eləmişəm". Çünki bu, çox çətin peşədir və hər adam onun çətinliklərinin öhdəsindən gələ bilmir. Eyni zamanda bu işin çox gərgin qrafiki olur. Çox müxtəlif qəbildən olan insanlarla rastlaşırsan. Etiraf edim ki, bu, mənəvi cəhətdən çox çətindir”.

Dicey gecə klublarında çıxış etməyin təhlükəli olmadığını da qeyd edib: “Burada qorxulu heç nə yoxdur. Klublarda çıxış etmək mühafizənin olmadığı toylarda çıxış etməkdən daha təhlükəsizdir. Mən həmişə istənilən adamla, hətta sərxoş vəziyyətlə olan şəxslərlə belə ümumi dil tapmağı bacarıram. Hərdən xoşagəlməz situasiyalar da olur, amma onlar həmişə həlli mümkün olan hallardır. Mən peşənin çətinliklərinə çox da fikir verməməyə və onların öhdəsindən gəlməyə çalışıram. Problem sadəcə bir məsələ ilə bağlıdır — qrafiklə. Mən özümü ofis işində təsəvvür edə bilmirəm. Hələ səhər yeddidə heç yuxudan dura bilmərəm…”

Bakının klub həyatını necə xarakterizə edərdiz? Sualına Anastasiya belə cavab verib: “Paytaxtın klub həyatı iri addımlarla ideala doğru gedir. Bakıda çoxlu klublar var və onları üç səviyyəyə ayırmaq olar: yüksək, orta və olmaması lazım gələn. İstərdim ki, bizə tez-tez xarici ulduzlar, diceylər, müğənnilər, aktyorlar gəlsin və biz görək ki, hansı istiqamətdə səy göstərməliyik”.

“Hətta sərxoş adamla dil tapıram” -
“Hətta sərxoş adamla dil tapıram” -
“Hətta sərxoş adamla dil tapıram” -
“Hətta sərxoş adamla dil tapıram” -
“Hətta sərxoş adamla dil tapıram” -
“Hətta sərxoş adamla dil tapıram” -
“Hətta sərxoş adamla dil tapıram” -
“Hətta sərxoş adamla dil tapıram” -
“Hətta sərxoş adamla dil tapıram” -
“Hətta sərxoş adamla dil tapıram” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler