Çox sərindir havası, keçmə bu yaylaqlardan... Əlvida, YAY!Bölmə: Fotosessiya, MARAQLI
Avqust – yayın qürubu. Artıq günəş o qədər də parlaq deyil, amma onun şüaları necə də zərifdir. Bir də yayın sonu ona görə nəcibdir ki, ilin 3 ən isti ayının xatirələrini və parlaq məqamlarını xatırlayaraq xəyala dalmaq imkanı var. Xalqinfo.az Publika.az-a istinadən bildirir ki, aşağıdakı icmalda müxtəlif zamanlarda yaşamış rəssamların şəkilləri tərtib edilib. Amma onları birləşdirən ümumi bir nəsnə var - onlar hamısı yayı sevirdilər və öz əsərlərində ilin bu fəslinin bütün gözəllliklərini məharətlə təsvir edirdilər. 1. "Çaylı meşə mənzərəsi", 1908-ci il Şəkilin müəllifi – Danimarka rəssam-mənzərəçisi Yensen Miltondur. 2. "Maral parkı" Şəkilin müəllifi – Danimarka rəssamı Avqust Tomsendir. 3. "Gölün yanında tozağacılar", 1888-ci il Şəkilin müəllifi – İsveç rəssamı Oscar Tornadır. 4. "Parıltı. Çaylı yay mənzərəsi", 1918-ci il Şəkilin müəllifi – rus rəssam-mənzərəçisi Nikolay Serqeyevdir. 5. "İyul" Şəkilin müəllifi – rus rəssamı Yuliya Bexovadır. 6. "Meşələr", 1875-ci il Şəkilin müəllifi – alman rəssamı Yevgeni Xettiçdir. 7. "Kəndarası yol", 1892-ci il Şəkilin müəllifi – Ukrayna rəssamı Nikolay Uvarovdur. 8. "Erum gölünün şimal hissəsində sakit gün", 1879-cu il Şəkilin müəllifi – Danimarka rəssamı Vilgelm Qrotdur. 9. "Çaylı mənzərə", 1889-cu il Şəkilin müəllifi – sovet rəssamı Aleksandr Şmidtdir. 10. "Yay mənzərəsi" Şəkilin müəllifi – rus rəssamı Anatoli Çinnovdur. 11. "Pavilyon" Şəkilin müəllifi – türk rəssamı Selahattin Saglayandır. 12. "Çayda tozağacılar" Şəkilin müəllifi – rəssam-mənzərəçi Aleksandr Şibanovdur. 13. "Səhər dumanı" Şəkilin müəllifi – rus rəssamı Anatoli Çinnovdur. 14. "Yay günü. Taxta-şalban zavodunda", XX əsrin əvvəlləri Şəkilin müəllifi – Ukrayna rəssam-mənzərəçisi Pyotr Levçenkodur. 15. "Erebru bağında", 1923-cü il Şəkilin müəllifi – İsveç rəssamı Krauten Yohan Frederikdir. 16. "Yay axşamı", 2013-cü il Şəkilin müəllifi – rus rəssamı Qalina Aksyonovadır. 17. "Çayda gəzinti", 1874-cü il Şəkilin müəllifi – fransız rəssamı Aleksandr Rene Verondur. 18. "Dayans kotteci. İyun." Şəkilin müəllifi – fransız rəssamı Luis Aston Naytdır. 19. "Bağda yay günü" Şəkilin müəllifi – alman rəssamı Vilgelm Lyudviq Henrix Klavdiydir. 20. "Yolda çobanların görüşü", təxminən 1872-ci il Şəkilin müəllifi – holland rəssamı Frans Arnold Broyxaus de Qrutdur. 21. "İki fermerlə meşə yolu" 1891-ci il Şəkilin müəllifi – alman mənzərəçisi Fridrixdir Avqust Kesslerdir. 22. "Buxenvaldda idilliya", 1868-ci il Şəkilin müəllifi – alman rəssamı Fritz Ebeldir. 23. "Şahzadələr” küçəsi tərəfindən Edinburq qalası", 1860-1878 il Şəkilin müəllifi – ingilis rəssam-mənzərəçisi Semyuel Boudur. 24. "Su zanbaqları", 20-ci əsrin 1-ci yarısı Şəkilin müəllifi – çex rəssamı Şimon Tavik Frantişekdir. 25. "Çimən", tarix naməlumdur Şəkilin müəllifi – rəssam Yozef Vilgelm Vallanderdir. 26. "Elzas vadisində", tarix naməlumdur Şəkilin müəllifi - alman rəssamı Adolf Jan Lui Tomasdır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|