» » 25 yaşında şəxsi təyyarə alan 100 milyonluq qız -

25 yaşında şəxsi təyyarə alan 100 milyonluq qız - FOTOSESSİYA

Bölmə: Fotosessiya, Şou
25 yaşında şəxsi təyyarə alan 100 milyonluq qız -
25 yaşlı Teylor Svift böyük pərəstişkar toplusuna malik gənc müğənnilərdəndir. Ailəm.az onun haqda maraqlı faktları təqdim edir:

1. 12 yaşında olanda bir kompüter təmirçisi ona gitara çalmağı öyrədib. İlk mahnısı da “Lucky You” olub.
2. Təkcə gitarada deyil, banjo, piano, ukulele və elektrik gitarada çalmağı bacarır.
3. Heç vaxt tatu vurdurmayacağını düşünür. Çünki həyatını bir söz, yaxud adla bağlaya biləcəyinə inanmır.
4. Ailəsinin poni və atları var. Ona görə də Svift hələ uşaq vaxtlarından at sürməyi öyrənib.
5. Ən sevdiyi əsər Harper Linin “Bülbülü öldürmək” əsəridir.
6. 7 Qremmi və 11 Amerika Musiqi Mükafatına sahibdir.
7. Ən sevdiyi desert çizkeykdir.
8. Ən sevdiyi aksessuarlar – günəş eynəkləri və kovboy çəkmələridir.
9. Uğurlu rəqəmi 13-dür.
10. Avtomobil idarə etməkdən qorxur, 3 dəfə qəza törədib.
11. Bir gün avtobioqrafik əsər yazmağı arzulayır.
12. O, həm də yaxşı rəssamdır.
13. Qardaşı fotoqrafdır və “Getty Images” agentliyi ilə əməkdaşlıq edir.
14. “Forbes”in məlumatına görə, Svift 2009-cu ildə 18 milyon, 2010-2011-ci illərdə 45 milyon (yəni birlikdə 90 milyon), 2012-ci ildə 57 milyon və nəhayət keçən il 55 milyon dollar qazanıb. Onun hazırda 64 milyon dollar sərvəti var.
15. Şəxsi təyyarəsi və Naşvill Beynəlxalq Hava limanında anqarı var. Bu da təxminən 40 milyon dollar dəyərindədir.
16. Rod Aylenddə 8 yataq otaqlı yay villası var.
17. Gənc müğənni valideynlərini də unutmayıb. Onlar üçün də Tennessi ştatında 4 yataq otaqlı ev alıb.
18. Ancaq əsasən Kaliforniya ştatında, Beverli Hillsdə aldığı 3 yataq otaqlı evində yaşayır.
19. Svift LGBT ayrı-seçkiliyinə qarşı çıxanlardandır.
20. Onun stili də yaşıdlarınınkından fərqlənir. Retro stili çox sevir. Qırmızı dodaq boyası və incə tuşa da buna görə çox üstünlük verir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler