» » Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?


Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?

Bölmə: Fotosessiya, MANŞET, GÜNDƏM
Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?
Rusiyanın Azərbaycan əsilli aktrisası Səbinə Əhmədova, “Rusiya dövlət sığorta” şirkətlər qrupunun prezidenti erməni milyarderi Danila Xaçaturova ərə getməyə hazırlaşır.

Xalqinfo” haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Forbes-in hesablamalarına görə, sərvəti iki milyard dollara yaxın olan 45 yaşlı Xaçaturov artıq bir neçə ildir ki, Rusiyanın ən zəngin subay milyarderlərindən biridir. Xaçaturov 2008-ci ildə Ulyana Sergeyenko ilə evlənsə də, cütlük 2013-cü ildə boşanıb. 36 yaşlı Səbinə Əhmədovaya gəldikdə isə o, indiyə qədər ailə qurmayıb və övladı yoxdur. Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda anadan olub. Gələcək aktrisanın ailəsi 1990-cı ildə Moskvaya köçüb. Bu gün üçün Əhmədova Rusiya kinosunda ən çox tələb olunan aktrisalardandır. Onun çəkildiyi filmlər Rusiya ekranlarında nümayiş etdirilir.

Milyarder Xaçaturov və aktrisa Əhmədovanın necə tanış olduqları məlum deyil. Xaçaturovun ailəsinin sərvətini nəzərə alsaq (onun qardaşları da milyarderdirlər) toyun dəbdəbəli keçəcəyi və böyük rezonans doğuracağı gözlənilir.

Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?
Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?
Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?
Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?
Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?
Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?
Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?
Erməni milyarderin evlənəcəyi Səbinə Əhmədova kimdir ?

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler