Dünya ulduzları bir-birindən şıq ziyafət libaslarıyla göz oxşadı – FotolarBölmə: Fotosessiya, Şou
![]() Dünən Nyu-Yorkda moda aləmində ən önəmli hadisələrindən biri olan - "CFDA" mükafatlarının təqdim olunma mərasimi keçirilib. Xalqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimdə aktrisa Nikol Kidman və Diana Kryuger, modellərdən Cici Hadid, Bella Hadid, Bruk Şilds, Adriana Lima, Lili Olric, Karli Kloss, Meq Rayan, Haydi Klum, modellerlərdən Raf Simons, Demna Qvasaliya, Zak Pozen, Tommi Hilfiger, Donna Karan, Diana fon Fyustenberq və başqaları iştirak edib. Dünya ulduzları qırmızı xalı mərasimləri üçün bir qayda olaraq cəlbedici geyimlər seçir. Lakin "CFDA" tədbiri üçün tanınmış xanımların sadə, təvazökar, bir qədər də qapalı geyimlər seçməsi diqqətdən qaçmayıb. Buna baxmayaraq, stil ikonaları gözəllik və məziyyətlərini layiqincə vurğulaya bilib. Gecənin qalibi hazırda "Calvin Klein” brendi ilə əməkdaşlıq edən, “Dior” moda evinin sabiq kreativ direktoru Raf Simons olub. İstedadlı dizayner iki mükafatı birdən aparıb. Belə ki, kişilər və qadınlar kateqoriyasına üçün hazırladığı geyimə görə də "İlin dizayneri" mükafatına layiq görülüb. Mərasimin daha bir qəhrəmanı isə gürcü dizayner Demna Qvasaliya olub. O, "Ən yaxşı əcnəbi dizayner" nominasiyasında mükafat qazanıb. Mükafat onun “Balenciaga” və “Vetements” brendi ilə işlərinə əsasən təqdim olunub. Mərasimdə ən həssas məqam şübhəsiz ki, "İkona üslubu" mükafatının təqdim edilməsi olub. Bu status italiyanın “Vogue” jurnalının keçmiş rəhbəri Soççani Frankeyə qismət olub. Frank ötən il 66 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib, onun ölümü dünya üçün fashion-birliyi üçün əsl sarsıntı olmuşdu. S.Frankenin həmkarı, Amerikanın “Vogue” jurnalının baş redaktoru Anna Vintur ona həsr olunmuş çıxışı zamanı göz yaşlarını güclə saxlayıb. Məlumat üçün bildirək ki, “CDFA” mükafatlandırma mərasimi ilk dəfə 1984-cü ildə Nyu-Yorkda keçirilib. O vaxtdan bəri bu mərasim ənənə halını alıb və hər il keçirilir. Qalibin seçimi CFDA dizayner-üzvləri, redaktorlar, stilistlər, bayerlərin səsverməsi yolu ilə həyata keçirilir. Xüsusi mükafatlara namizədləri “CFDA” üzvləri və direktorlar şurası müəyyən edir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
09.12.19 22:37 | Yığmamız Minskdə Belarus millisi ilə birgə məşqlərə başladı
09.12.19 22:28 | Azərbaycanlı repçilərə Rusiyada silahlı hücum
09.12.19 22:19 | Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı
09.12.19 22:00 | Məmmədyarov yeni səfiri qəbul etdi
09.12.19 21:46 | Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa götürüldü
09.12.19 20:53 | REAL namizədlərinin sayını açıqladı
09.12.19 20:02 | Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olundu
09.12.19 19:58 | Putin Parisə getdi
09.12.19 19:57 | Səfər Mehdiyev Andrey Strukovla görüşdü
09.12.19 19:55 | Ərdoğan Makronu ittiham etdi
09.12.19 19:50 | Azərbaycanlı müğənni koreyalı modellə evləndi
09.12.19 19:32 | Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirdi
09.12.19 19:10 | Deputat illər əvvəl soyuğa tərk edilmiş qızı övladlığa götürüb
09.12.19 18:32 | Rusiyada narkotik alverçisi olan azərbaycanlı istintaqdan qaçaraq, hərbi xidmətdə gizlənib
09.12.19 18:00 | İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi
09.12.19 17:44 | İşgəncəyə məruz qalan uşaqların nənəsi danışdı
09.12.19 17:27 | Prezident Əlişir Musayevi təltif etdi
09.12.19 17:13 | Zakir Qaralov azyaşlıların işgəncələrə məruz qalması ilə bağlı məsələni xüsusi nəzarətə götürdü
09.12.19 16:52 | Naxçıvan Ali Məclisi də buraxıldı
09.12.19 16:39 | Müşahidə Şurasının yeni tərkibi ilə bağlı sərəncam
09.12.19 16:17 | Erkin Qədirli seçkiyə gedir
09.12.19 16:14 | İlham Əliyev Dövlət Agentliyinə 7,8 milyon manat ayırdı
|