» » Sima iddialı gəlir... -

Sima iddialı gəlir... - “Peşman deyiləm” + Fotolar

Bölmə: Fotosessiya, Şou
Sima iddialı gəlir... -

“Yetər” adlı çıxış mahnısı ilə yerli şou-biznesdə ulduzu parlayan estrada və vokal ifaçısı Sima Nəsirova yaradıcılığında ona uğur gətirəcək daha bir bəstəni repertuarına daxil edib.

"Xalqİnfo" xəbər verir ki, “Peşman deyiləm” adlı mahnının sözləri Murad Arifə, musiqi və aranjimanı Cavid Rəcəbova məxsusdur.

Yeni işindən danışan Sima, yaradıcı layihələrinin davamlı olacağı anonsunu verib:

“Səsimə və istedadıma çox güvənirəm. Bu sənətdə özümü tapmışam. İnanıram ki, oxucularınızdan yaradıcılığımla bağlı müsbət qiymət alacağam. “Peşman deyiləm” şərq üslubunda yazılmış bir bəstədir. İndidən söyləyim ki, sözlərin şəxsi həyatımla bağlılığı yoxdur.

Şeirin müəllifi Murad Arifdir. Cavid Rəcəbov bəstəni mənə təqdim edəndə söylədi ki, bu real hitə namizəd olan mahnıdır. İnşAllah onun dediyi təsdiqini tapar. Qarşıma məqsəd qoymuşam ki, 2017-ci ildə biri-birinin ardınca repertuarıma yeni mahnılar daxil edim. Bu sənətdə qətiyyən fasilə vermək olmaz”.

Sima Nəsirova yeni mahnısının tanıtımı üçün fotoqraf İska İsmayılovun kamerası qarşısına keçərək maraqlı şəkillər də çəkdirib.

Həmin fotosessiyanı və sözügedən mahnının "YouTube" linkini oxucularımız üçün yayımlayırıq.

Fotolar: @iska_ismayilov

@sima_nesirova_



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Sima iddialı gəlir... -
Sima iddialı gəlir... -
Sima iddialı gəlir... -
Sima iddialı gəlir... -
Sima iddialı gəlir... -
Sima iddialı gəlir... -
Sima iddialı gəlir... -
Sima iddialı gəlir... -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler