» » Prezident “Azərbaycanla İran dost, qardaş, qonşu ölkələrdir” - FOTO

Prezident “Azərbaycanla İran dost, qardaş, qonşu ölkələrdir” - FOTO

Bölmə: Fotosessiya, MANŞET
Prezident  “Azərbaycanla İran dost, qardaş, qonşu ölkələrdir” - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xalqinfo.az Publika.az-ın Azərtac-a istinadənverdiyi məlumata əsasən bildirir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının razılıq doğurduğunu deyib. Azərbaycanla İranın dost, qardaş, qonşu ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev hər iki ölkənin siyasi rəhbərliyinin İran-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə olması üçün çalışdıqlarını məmnunluqla qeyd edib.

Kənd təsərrüfatının ölkələrimiz üçün vacib sahələrdən biri olduğunu vurğulayan dövlət başçısı digər sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan-İran əməkdaşlığının yaxşı nəticələr verəcəyini əminliklə bildirib. Prezident İlham Əliyev İranda kənd təsərrüfatı sahəsində çox böyük uğurların əldə edildiyini vurğulayaraq, Azərbaycanda da bu sahənin daha da inkişaf etdirilməsi və ölkəmizin öz ərzaq təhlükəsizliyini təmin etməsi istiqamətində böyük işlərin görüldüyünü deyib.

Dövlət başçısı İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətini Azərbaycana səfəri zamanı əməkdaşlığımıza dair danışıqların səmərəli olacağına və birgə layihələrin icrası istiqamətində ciddi addımlar atılacağına ümidvar olduğunu bildirib.

Nazir Mahmud Höccəti İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. O, son vaxtlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərin İranda böyük məmnunluqla qarşılandığını deyib.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.


Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler