» » İŞİD bu qızı istəyir - Ya “seks cihadı”, ya da ölüm!

İŞİD bu qızı istəyir - Ya “seks cihadı”, ya da ölüm!

Bölmə: Fotosessiya, BLOK XƏBƏR, MANŞET
İŞİD bu qızı istəyir - Ya “seks cihadı”, ya da ölüm!
Xalqinfo.az xəbər verir ki, “Miss İraq” müsabiqəsinin qalibi, Kərkükdən olan 20 yaşlı Şeyma Qasım Əbdülrəhman terrorçular tərəfindən hədələnir.

“qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, yarışmada qalib olduqdan sonra Şeymaya təhdid dolu telefon zəngləri gəlib. İŞİD-çilər ondan tələb ediblər ki, terrorçuların düşərgəsinə gələrək “seks cihadı”na qoşulub onlara xidmət etsin. Əks halda, onu öldürməklə şantaj ediblər.

“Reuters”in məlumatına görə, artıq iki iştirakçı bu cür təhdidlərdən sonra müsabiqəni tərk edib. Şeyma isə, heç nəyə baxmadan öz işini davam etdirmək niyyətindədir.

“Mən çox şadam ki, ölkəm gələcəyə baxır. Bu müsabiqə iraqlıları gülməyə məcbur edib. Sübut etmək istəyirəm ki, iraqlı qadınlar da ictimaiyyətdə mühüm yerlər tuturlar, onların da kişilər kimi hüquqları var. Buna görə də qorxmuram. Çünki pis hərəkət etmədiyimi bilirəm.”, - deyə Ş. Qasım bildirib.

Qeyd edək ki, İraq dövləti Ş. Qasımı gələn il “Dünya gözəli” Beynəlxalq Gözəllik Müsabiqəsinə göndərmək istəyir.

İŞİD bu qızı istəyir - Ya “seks cihadı”, ya da ölüm!
İŞİD bu qızı istəyir - Ya “seks cihadı”, ya da ölüm!
İŞİD bu qızı istəyir - Ya “seks cihadı”, ya da ölüm!
İŞİD bu qızı istəyir - Ya “seks cihadı”, ya da ölüm!
İŞİD bu qızı istəyir - Ya “seks cihadı”, ya da ölüm!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler