Modeləmsə, buna hazır olmalıyam"

Bölmə: Fotosessiya, Şou, BLOK XƏBƏR, MANŞET
Modeləmsə, Xalqinfo.az bildirir ki, “Qafqazinfo”nun “Ulduzlar hər yerdə” layihəsinin növbəti qonağı Türkiyədə fəaliyyət göstərən model Könül Əzizovadır. Müsahibimizlə bu dəfə çimərliklərin birinin sahilində bir araya gəldik.


Könül: İlk olaraq başlayaq yeni işlərinizdən. Uzun müddətdir ki, Bakıdasınız, nə ilə məşğulsuz?

Könül Əzizova: 8 aydır ki, Bakıdayam. Amma tez-tez Türkiyəyə gedib gəlirəm. Burada bəzi layihələrdə yer aldım. 10 gün sonra Türkiyəyə uzun müddətlik gedəcəm.

Könül: Sizcə, Azərbaycanda modellik hansı səviyyədə inkişaf edib?

Könül Əzizova: Təzə-təzə gəldiyim vaxt elə bilirdim ki, Azərbaycanda modellik zəif inkişaf edib. Daha sonra moda gecələrinə qatıldım. Gördüm ki, inkişaf var. Gələcəkdə hər şey yaxşı olacaq. Gözəllik yarışmalarında isə durum bərbaddır.
Modeləmsə,

















Elvin: Türkiyədəki gözəllik yarışmaları ilə Azərbaycandakı yarışlar arasında nə fərqlər var? Sizi qane etməyən nələrdir?

Könül Əzizova: “Miss Azerbaijan” müsabiqəsinin qalibi belarus xanım oldu. Bu doğru deyil. Azərbaycanda gözəl qızlar çoxdur, sadəcə onlar müsabiqələrə qatılmaq istəmirlər. Çünki bizdə modellərə dəyər verilmir, bununla bağlı insanların beyinlərində inkişaf getməlidir. Azərbaycanda model biznesi zəifdir. Bu zəiflik uzun müddət davam edəcək.

Elvin: Azərbaycanda modellər birmənalı qarşılanmır. Onlara əxlaqsız kimi baxırlar. Bəzi modellər isə model adı altında əxlaqsızlıqla məşğuldurlar...
Modeləmsə,









Könül Əzizova: Bu haqda başqa müsahibələrimdə də danışmışam. Onlara jurnalistlər şərait yaradır. Onlardan niyə müsahibə alınır, şəkilləri yayılır? Onlara görə bizim əziyyətimiz heyf olur. Əlini başına qoyub çimərlikdə şəkil çəkdirən elə bilir ki, modeldir. Onları tanıdanlar bizə hörmətsizlik edir. 8 ildir ki, modelliklə məşğulam, məni tanıyan yoxdur. Heç vaxt çıxıb “risovkalanmamışam ki”, mən modeləm. Ad çəkməyəcəm, o gün biri hovuz qırağında fotolar çəkdirib, bir jurnalist də model adı ilə saytda yayımlayıb. Bilmədim ki, modelə, yoxsa, pornoya baxıram.

Elvin: Türkiyə də aktrisa kimi də fəaliyyət göstərmisiniz?

Könül Əzizova: Peşəkar aktrisa deyiləm, amma müəyyən kiçik obrazlarım olub. Sonuncu dəfə “Beni böyle sev” serialında rol almışam.
Modeləmsə,







Könül: Bu sahədə təhsil almaq haqda düşünürsünüz?

Könül Əzizova: Yenidən Türkiyəyə qayıdanda aktrisalıq təhsili almaq istəyirəm. Bu haqda çoxdandır ki, düşünürəm.

Elvin: Yüksək məbləğdə qonorar versələr, porno filmə çəkilərsiniz?

Könül Əzizova: (Gülür) Xeyr, çəkilmərəm. Normal açıq səhnə olsa, aktrisalıq edirsənsə, çəkilə bilərsən. Amma pornoya yox.
Modeləmsə,








Elvin: Açıq-saçıq səhnələr də sərt tənqid olunur. Bu söz-söhbətlərə hazırsınız?

Könül Əzizova: Mənim alt paltarında, çimərlik geyimində fotolarım var. Modeləmsə, buna hazır olmalıyam.

Könül: Bir az əvvəl Elvin də qeyd etdi ki, modellərə əxlaqsız kimi yanaşırlar. Sizə hər hansı əxlaqsız təklif olubmu?

Könül Əzizova: Mənə əxlaqsız təklif edən olmayıb. Çünki bu şəraiti yaratmamışam. Mən mələk deyiləm, heç kimdə deyə bilməz ki, bu qıza artıq söz demək olmaz. Mən nə qədər açıq-saçıq geyinsəm də, modelliyim insanlar tərəfindən birmənalı qarşılanmasa da, qapalı, evə bağlı, gecə həyatı olmayan insanam. İnsanlarla çox qaynayıb-qarışsam, mənim də başıma belə hadisə gələr. Bu normaldır.
Modeləmsə,








Könül: Reaksiyanız necə olar?

Könül Əzizova: Gülümsəyib keçərəm. O da insandır, düşüncəsi o qədərdir.

Elvin: Sevgiliniz var?

Könül Əzizova: (Gülür) Özəl həyata girmirik.

Elvin: Bir neçə müsabiqədə münsif olmusunuz. Hansı azərbaycanlı modeli bəyənirsiniz? Validə Abbasovanı bəyənirsiniz?

Könül Əzizova: Validə model deyil, o hansısa müsabiqədə gözəl seçilib. Mən modeləm. Validəni çox bəyənirəm, yaşı çox olsa da, gözəl qalıb. Həyatını yaşayır, arada da müsahibələr verir.
Modeləmsə,







Könül: Bizdə gözəllik yarışması ilə model yarışmasını qarışdırıblar. Hər hansı gözəli model kimi seçirlər.

Könül Əzizova: Bizdə inkişaf olmadığı üçün bu cür qarışıqlıq yaranıb. Bizdə 3-4 normal model var. Münsif olduğum yarışmalarda 2 qız bəyəndim. Gözəllik müsabiqəsində gözəl qızlar yoxdur. Ölkəmizdəki gözəl qızlar müsabiqələrə qatılmır. Modellərə dırnaqarası baxdıqları üçün onlar da çəkinirlər. Bizdə yarışma iştirakçılarının arxasında kimsə dayanır. Müsabiqə qalibi ya sponsor, ya “dayday” vasitəsilə qələbə qazanır. Qıza baxırsan, şoka düşürsən.

Qalibiyyəti hansı yolla əldə etdiyi isə artıq məlumdur. Pulla modellik, gözəllik olmur. Bizdə iki agentlik var, onların maneken adına layiq üzvləri var.

Könül: Bizim modellərin yerişi, duruşu, baxışı da qeyri-peşəkardır. Martda keçirilən moda həftəsində iştirak edən modellər heç yeriyə bilmirdilər. Azərbaycanda model deyəndə, əsasən boyunun uzun olması nəzərdə tutulur.

Könül Əzizova: Düz deyirsiniz, bunun fərqinə varmısınızsa, nə gözəl. Bir çox ölkələrdə model deyəndə boy əsas götürülür. Mənim boyum uzun deyil, 1.71-dir. Mən fotomodel olaraq başlamışam və Türkiyədə mənə modellik təklif olunub. Maneken kimi yürüşü, obrazı göstərmək lazımdır. Model paltarı satmalıdır, özünü deyil. Modellə maneken ayrı şeylərdir. Maneken gözəl olmamalıdır, asılqana (veşilka) oxşamalı, arıq olmalıdır.
Modeləmsə,









Elvin: Hansısa agentliklə çalışmaq fikriniz varmı?

Könül Ə: Mənim öz çevrəm var, agentliklə çalışmağa ehtiyacım yoxdur. Azərbaycana bunun üçün gəlməmişəm. Bakıda agentlik qurmaq istəyirdim, amma bir müddətlik ara verdim. Model biznesi inkişaf etdikdən sonra agentlik quracam. Bakıda sonuncu dəfə Gülşən Tağının dəfiləsini izlədim və çox bəyəndim.

Elvin: Müğənni Kərim Abbasov sizin xalanız oğludur. Bu haqda heç vaxt açıqlama verməmisiniz. Münasibətləriniz necədir?

Könül Ə: Nə edim, alnıma yazım ki, Kərim Abbasov xalam oğludur? Münasibətlərimiz yaxşıdır. Onun öz həyatı var, mən xarici ölkədə yaşayıram. İşlər çox olduğu üçün tez-tez bir araya gələ bilmirik.

Elvin: Bir əldə iki qarpız tutmaq olmaz. Azərbaycan-Türkiyə arasında tez-tez gedib gəlmək sizi yorur...
Modeləmsə,







Könül Ə: Kim deyir ki, yoruluram? (Gülür)

Elvin: Türkiyədə eviniz var?

Könül Ə: O mövzulara girməyək.

Elvin: Niyə girməyək? Mənə maraqlıdır.

Könül Ə: Türkiyədə “palatka”m var, orada yaşayıram. Mən şəxsi həyatım bağlı ailəmlə də danışmıram. Mənim şəxsi həyatım niyə maraqlıdır?

Elvin: Bütün tanınmışların həyatı maraqlıdır. Verilişlərin birində əsəbiləşdiniz ki, kişilər model xanımlarla evlənmək istəmir.

Könül Ə: Aparıcı modellə ailə qurmaqdan danışdı. Digər qonaq model biznesindən olan insan idi. Dedi ki, model almaram. Mən də sərt reaksiya bildirdim. Azərbaycanda modellərə pis gözlə baxırlar. Alt paltarı ilə şəkillərini yayırlar ki, modeldilər. Başqa iş qurmaq üçün modellikdən istifadə edirlər. O "modelləri" reklam edən imkanlı kişilərdir. Qurunun oduna yaş da yanır. Elvin, sən də modellə evlənməzsən.

Elvin: Evlənərəm.

Könül: Elvin, evlənməzsən. Sən model almazsan.

Könül Ə: Azərbaycandakılar modellik sahəsini düşük vəziyyətə salıb. Türkiyədə də əxlaqsız modellər var. Peşəkar modellər çox sadədir. Burada dəfilə üçün görüşə getmişdim, o biri model jartiye ilə gəlmişdi. Mən atamla, qardaşımla ora getsəm, məndən soruşmaz ki, qızım, bu işi görürsən? Pis fikirləşərlər. Türkiyədə məşqlərə makyajsız, sport geyimdə gedirik. Yarışmalarda da toya gedər kimi bəzənirlər. Modellər podiumda, əsasən, kişilər olan tərəfə gedirlər, özlərini göstərirlər.

Könül: Bakıya təzə gələndə demişdiniz ki, Azərbyacan xanımları çox bəzəklidir, bəyənmirəm. Fikrinizdə hələ də qalırsınızmı?

Könül Ə: Fikrimdə qalıram, təbəqədən-təbəqəyə fərq var. Uzun müddətdir ki, burdayam. Bizim qadınlar çox gözəldir, amma bədəninə uyğun olmayan libaslar geyinirlər.

Elvin: Könülün qazancı nə qədərdir?

Könül Ə: Qazancımı dilə gətirməyi sevmirəm. Mənə kifayət edir.

Elvin: Mən bilirəm ki, çox qazanırsınız. Qazancınız az olsa, tez-tez Türkiyəyə getməzsiz. Bizdə uzaq məsafələrə tez-tez səfərə gedəndə, Bakı-Biləcəri yolu deyirlər. Deyəsən, sizin üçün də artıq Türkiyə Bakı-Biləcəri yoludur.

Könül Ə: Gör nələr düşünürsünüz. Bəlkə, məndə endirim kartı var?

Könül: Bəlkə piyada gedib-gəlir. (Gülür)
Modeləmsə,











Könül Ə: Mən də adi insanam. Model olanda VİP yaşayırlar? Bəlkə piyada gedirəm, gəlirəm? Könül düz tapdı.

Elvin: Yəqin, Simanı tanıyırsız. O, qısa müddətdə Türkiyədə məşhurlaşdı.

Könül Ə: O qızın adını çəkməyin. Nə deyim?

Könül: Deyirlər ki, Azərbaycanı biabır edir.

Könül Ə: Düzdür, biabır edir. Modelyerlər ona nələr dedi. 7 ildir ki, orada yaşayıram. Bizi niyə təhqir etmirlər? Mən Türkiyə üçün ölürəm. Deməli, özümü yaxşı aparmışam ki, mənə hörmət qoyurlar. Sima uşaqdır, günah onu “İşte benim stilim”ə qoyandadır.

Elvin: Günay Musayevanı bəyənirsiz? Deyirlər, o da Azərbaycanı biabır edir. Ondan xoşum gəlmir.

Könül Ə: Günayı bəyənirəm, işini çox gözəl görür. Onun şəxsi həyatı məni maraqlandırmır. Orda Azərbaycanı gözəl təmsil edir. Ora qədər necə gəldiyi mənə maraqlı deyil.

Könül: Məşhurlaşmaq üçün tanınmış biri ilə ailə qurardınızmı?

Könül Ə: (Gülür) neçə ildir ki, Türkiyədəyəm. Məşhurlaşmaq istəsəydim, indiyə kimi tanınmış biri ilə ailə qurardım. Məşhurlaşmaq kimi dərdim yoxdur.

Fotolar Elçin Məmmədliyə məxsusdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler