» » "Yalnız kürəyim və ayağım görünürdü" -

"Yalnız kürəyim və ayağım görünürdü" - müsahibə

Bölmə: Fotosessiya
Ən böyük arzum Akademik Milli Dram Teatrında işləməkdir."Yalnız kürəyim və ayağım görünürdü" -

Xalqinfo.az Aktrisa Ülfət Bəşirin Milli.Az-a verdiyi müsahibəsini təqdim edir;

- Ülfət xanım, bir müddət öncə "Gəlinlik paltarı" adlı seriala çəkilirdiniz. O serialın aqibəti necə oldu bəs?

- Bir müddət çəkiliş proseslərimiz oldu, lakin sonra maliyyə problemlərinə görə bir az ara vermək məcburiyyətində qaldıq.

- Ondan sonra heç bir seriala dəvət almadınız?

- Xeyr...

- Sizcə, bunun səbəbi nədir?

- Ümumiyyətlə, fikir verirsinizsə, son zamanlar bizdə serial baxımından bir az kasadlıq yaranıb. Daha serial çəkmək istəyən yoxdur, deyəsən (gülür). Zarafat bir yana qalsın, düşünürəm ki, son zamanlar serialların yox dərəcəsində olması sırf maliyyə çatışmazlığı ilə bağlı olan bir amildir. O ki qaldı mənim çəkilməməyimə, yəqin ki, rejissorlar məni tipaj olaraq hələ ki hansısa bir obrazda görmürlər.

- Bəs indi nə ilə məşğulsunuz?

- İndi fikrimi daha çox universitetə yönəltmişəm. Bacardığım qədər aktyor sənətinin sirlərini dərindən öyrənməyə çalışıram ki, gələcəyim yaxşı olsun.

- Gələcəkdə nə etmək fikriniz var?

- Universiteti bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm.

- Bəs sənət baxımından?

- Ən böyük arzum Akademik Milli Dram Teatrında işləməkdir.

- Sizi teatra bu dərəcədə "çəkən" nədir ki?

- Düşünürəm ki, səhnə aktrisanın öz içində olan duyğuları, hissləri ifadə etmək üçün ən gözəl yerdir.

- Birdən iş elə gətirdi ki, yüksək qonorar müqabilində filmə çəkilən aktrisalardan biri oldunuz... Onda da qızıldan qiymətli vaxtınızı ayırıb teatrda işləyəcəksiniz?

- Sözsüz, əlbəttə (gülür).

- Hələ çox gəncsiniz, indidən "sənətin başı"nı buraxıb ailə qurmaq barədə düşündüyünüz məqamlar olub?

- Mən ailə qurmaq barədə hələ düşünmürəm.

- Bəlkə, sevdiyiniz insan yoxdur, ona görə belə fikirləşirsiniz?.. Yoxsa var?!

- Şəxsi həyatım barədə heç bir şey danışmaq istəmirəm (gülür).

- Mən bir dəfə sizdən "açıq-saçıq səhnələrə çəkilərsinizmi?" deyə soruşmuşdum. Cavab verməkdə bir az tərəddüd etmişdiniz. İndiki fikrinizi bilmək maraqlı olar...

- İndi soruşsanız, qətiyyətlə "yox" deyərəm.

- Daha niyəsini soruşmuram. Amma rol aldığınız "Gəlinlik paltarı" serialında bir səhnə var idi ki, orada tərəf-müqabiliniz sizi soyundururdu. Texniki olsa da, efirə çıxsa, tamaşaçılar onu yüz faiz açıq-saçıq səhnə kimi qiymətləndirəcəklər. Bəs bu şeylər sizi qorxutmurdu?

- Düzdür, elə bir səhnə var idi. Amma dediyiniz kimi, sırf texniki olan bir şey idi. Mənim yalnız kürəyim və ayağım görünürdü. Tərəf-müqabilim İlqar Cahangirov bunu elə ustalıqla etmişdi ki, tamaşaçıya hər şey aydın olurdu. İkimiz də ehtiras yarada bilmişdik.

- Son zamanlar heç bir ekran işində görməməyimiz sizi bizə unutdura bilərmi?

- Sözün düzü, bunu öz sənətim baxımından mənfi hal kimi qiymətləndirirəm. Amma bu heç də unudulacağım anlamına gəlmir. İnşallah, hər şey hələ qabaqdadır (gülür).
Mənbə
Milli.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler