» » 79 yaşlı Blatter haqda yeni iddia: İrina Şeyk onun sevgilisi olub

79 yaşlı Blatter haqda yeni iddia: İrina Şeyk onun sevgilisi olub

Bölmə: Fotosessiya, GÜNDƏM
79 yaşlı Blatter haqda yeni iddia: İrina Şeyk onun sevgilisi olub
İspaniyanın “El Mundo” nəşri iki gün öncə FİFA-nın prezidenti posundan istefa vermiş Yozef Blatterlə bağlı yeni iddia irəli sürüb. Modern.az saytı xəbər verir ki, qəzetin yazdığına görə, 79 yaşlı Blatter rusiyalı gənc model İrina Şeyklə sevgili olub. Qəzet iddia edir ki, İrina Şeyk portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldu ilə tanış olmazdan öncə Blatterin sevilisi olub.

Yozef Blatter Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postundan iyunun 2-də öz istefasını elan edib.

Ötən həftə FİFA-nın bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs olunmuşdu. Onlara qarşı korrupsiya, pulların yuyulması, həmçinin marketinq və yayım sövdələşmələri bağlanılmasında fırıldaqçılıq ittihamları irəli sürülmüşdü. Həbslər FİFA rəhbərinin növbəti seçkilərinə iki gün qalmış aparılmışdı. Buna baxmayaraq, Yozef Blatter beşinci dəfə FİFA-nın prezidenti seçilmişdi.
Amma az sonra istefa verməyə məcbur oldu.

79 yaşlı Blatter haqda yeni iddia: İrina Şeyk onun sevgilisi olub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler