» » İrina Şeyk Ronaldodan ayrıldı

İrina Şeyk Ronaldodan ayrıldı

Bölmə: Fotosessiya, BLOK XƏBƏR
İrina Şeyk Ronaldodan ayrıldı
Qərb mətbuatı bu dəfə məşhur cütlük Kriştiana Ronaldo ilə model İrina Şeykin ayrılması xəbərini yayıb.
Ailem.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu şayiələrin güclənməsinə əsas verən son məqam isə hər tədbirdə sevgilisini müşayiət edən İrinanın yanvarın 12-si Kriştianaya təqdim edilən nüfuzlu “Qızıl top” mükafatının təqdimat mərasiminə qatılmaması olub.
Ronaldo isə mükafatlandırma mərasimindən sonra ailəsinə, anasına və oğluna təşəkkür etsə də İrinanın adını çəkməyib.
Maldiv adalarında istirahət edən və səfərdən fotolar paylaşan model sosial şəbəkədəki hesablarında da sevgilisini təbrik etməyib.
Daha əvvəl də modelin Dubayda Globe Soccer Awardsın “ən yaxşı futbolçu” tituluna layiq görülən Ronaldonun yanında olmaması, futbolçunu anasının ad günü və Yeni ildə tək qoyması da diqqətlərdən yayınmamışdı.
Son günlər isə İrinanın adı məşhur moda agenti kimi tanınan Ali Kavussi ilə birgə hallanır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler