DataLife Engine > Dünya, Din > Azharul ölümə məhkum

Azharul ölümə məhkum


31-12-2014, 15:11. Yerləşdirdi: Kainat Azharul ölümə məhkumBanqladeşdə hərbi cinayətləri araşdıran xüsusi tribunal İslamçı partiya liderlərindən birini 1971-ci ilin müstəqillik uğrunda müharibəsi zamanı baş vermiş kütləvi qırğınlara görə təqsirli sayaraq ölüm cəzasına məhkum edib.

Xalqinfo.az Publika.az-a istinadən bildirir ki, Azharul İslam ölkənin ən iri "Camaati-İslam" islamçı partiyasının Baş katibinin köməkçisi olub. Banqladeşdə 4 il bundan əvvəl yaradılmış hərbi cinayətlər üzrə xüsusi tribunal ötən müddət ərzində 16 hökm çıxarıb.

İslamçılar məhkəmə tərəfindən siyasi motivlər əsasında təqib olunduğunu bəyan edirlər. Hüquq müdafiəsi təşkilatları məhkəmə proseslərinin beynəlxalq standartların tələblərinə cavab vermədiyini bildirilər.
Geri qayıt