DataLife Engine > Dünya, BLOK XƏBƏR > “Əsəd rejiminin qüvvələrini hər yerdə vuracağıq...” -

“Əsəd rejiminin qüvvələrini hər yerdə vuracağıq...” -


12-02-2020, 16:23. Yerləşdirdi: Tural “Əsəd rejiminin qüvvələrini hər yerdə vuracağıq...” -





“Türkiyənin nəzarəti altında olan ərazilərdəki hüzurdan narahat olan terror təşkilatları tez-tez insanlıqdan kənar hücumlarla qana susadıqlarını göstərirlər. Sadəcə iki gün öncə Afrində baş verən partlayışda aralarında uşaqların da olduğu 8 mülki vətəndaş həyatını itirdi, 7 nəfər yaralandı. Bənzər hərəkətlər digər hərəkat bölgələrindəki mülki vətəndaşlarımıza qarşı da həyata keçirilir”.

“Xalqinfo” xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu AKP-nin partiya toplantısında çıxışı zamanı deyib.

Türkiyə dövlət başçısı ötən gün Bəşər Əsəd qüvvələrinin hücumu nəticəsində İdlibdə şəhid olan əsgərlərdən söz açaraq bununla həmin vilayətdə şəhid sayının 14, yaralı sayının 45 olduğunu xatırladıb və sözlərinə belə davam edib: “İdlibdə rejim və Rusiya qüvvələri ilə birlikdə İranın dəstəklədiyi yaraqlılar daim mülki əhaliyə hücumlar edir, qırğınlar və qan tökürlər. Sözə gəldikdə, insan haqlarına, uşaqlara, qadınlara və vətəndaş həssaslığına xələl gətirməyənlər bütün bu hücumlar qarşısında dərin səssizliyə qapılırlar. İdliblə bağlı bəzi narahatlıqların insan həyatına və ləyaqətinə hörmətdən deyil, digər səbəblərdən qaynaqlandığını çox yaxşı bilirik. Hər kəs gözünü bağlasa, kürəyini dönsə, vicdanını dondursa da Türkiyə bu vəziyyətə tamaşaçı qalmayacaq.

Bir daha vurğulamaq istərdim ki, İdlibdə rejim və ruslar ilə birlikdə işləyən qüvvələr terrorçuları deyil, birbaşa mülki əhalini hədəf alır. Məqsəd işğal üçün bölgə insanlarını ölkəmizin sərhədlərinə doğru məcburən hərəkət etdirərək ərazini tamamilə boşaltmaqdır. Bugünə qədər prosesi ən az müdaxilə ilə idarə etməyə çalışdıq, verilən razılaşmalar və vədləri gözlədik. Ancaq bizə verilən vədlər yerinə yetirilmədiyi kimi heç kim razılaşmalara da əməl etmir. Üstəlik bu hücumlar bir müddətdir ki, birbaşa əsgərlərimizi, ümumiyyətlə birbaşa Türkiyəni də hədəf almağa başladı. Əgər bu belədirsə, biz artıq sözlərə deyil, yalnız ortadakı faktlara baxaraq hərəkət edəyəcəyik. Fevralın sonlarına qədər rejim qüvvələrini deeskalasiya zonasının hüdudları xaricinə çıxarmaqda qərarlıyıq. Havadan və qurudan nə lazımsa tərəddüd etmədən bunu edəcəyik. İdlibdəki hərbi qüvvələrimizi artırdıq, təxribatlara göz yummaq niyyətində deyilik”.

Bundan əlavə, Ərdoğan Türkiyə ordusunun İdlib vilayəti və Soçi anlaşması ilə müəyyən edilmiş deeskalasiya zonası ilə kifayətlənməyərək Bəşər Əsəd rejiminə bağlı qüvvələrə hər yerdə zərbə endirəcəyini qeyd edib: “Bu gündən etibarən əsgərlərimizə zərər gəldiyi halda İdlib və Soçi anlaşması sərhədləri ilə kifayətlənməyib rejim qüvvələrini hər yerdə vuracağımızı buradan elan edirəm. Bu müddətdə müşahidə nöqtələrində Türkiyəni hədəf alan hər kəs bunun əvəzini yalnız hücum sahəsində deyil, hər yerdə ödəyəcəyini bilməlidir”.
Geri qayıt