DataLife Engine > Dünya, BLOK XƏBƏR > NATO təcili toplanır -

NATO təcili toplanır -


6-01-2020, 01:52. Yerləşdirdi: Tural NATO təcili toplanır -


NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının fövqəladə iclasının keçirilməsinə dair qərar verib.

“Xalqinfo”nun “DPA” agentliyinə istinadən məlumatına görə, bazar ertəsi keçiriləcək iclasa səbəb iranlı general Qasım Süleymaninin İraqda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi olub.

İclas saat 15:00-a planlaşdırılıb. NATO-dan bildirilib ki, orada general Süleymaninin ölümündən sonra İraqda yaranan vəziyyət müzakirə olunacaq.
Geri qayıt