DataLife Engine > Dünya > Atası Zelenskiyə görə narahatdır -

Atası Zelenskiyə görə narahatdır -


18-12-2019, 20:00. Yerləşdirdi: Tural Atası Zelenskiyə görə narahatdır -
Ukrayna Prezidenti Vladimir Zelenskinin atası Aleksandr Zelenski hər kəsi oğluna dəstək olmağa çağırıb.

Xalqinfo” xəbər verir ki, strana.ua saytına müsahibə verən ata Zelenski oğlunun ünvanına səsləndirilən tənqidləri qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Prezident ölkəsinin şərəfini qoruyur və buna görə ona sadəcə dəstək olmaq lazımdır.

A.Zelenski oğluna qarşı şiddətli tənqidlərə görə narahat olduğunu bildirib. O deyib ki, Zelenskinin seçkiqabağı verdiyi bütün vədlərin hamısını yerinə yetirməsini gözləmək hələ çox tezdir.

Prezidentin seçkiqabağı müəllimlərə 4 min dollar maaş vədinə toxunan ata Zelenski bunun əslində vəd yox, oğlunun arzusu olduğunu deyib:

“Bəli, Vova günahkardır. Ona minuslu 4 verirəm. Bilirsiniz kimlər məyus olur? Axmaqlar. Vova dürüst insandır və o sadəcə arzusunu dilə gətirmişdi. Onu eləcə “döyürlər, döyürlər”. Oğlum ölkənin şərəfini qoruyur, ona dəstək olmaq lazımdır”.


Geri qayıt