DataLife Engine > Dünya > Məhkəmə Zelenskinin səlahiyyətlərini artırmaqdan imtina etdi

Məhkəmə Zelenskinin səlahiyyətlərini artırmaqdan imtina etdi


17-12-2019, 08:50. Yerləşdirdi: Tural Məhkəmə Zelenskinin səlahiyyətlərini artırmaqdan imtina etdi
Ukraynanın Konstitusiya Məhkəməsi Prezidentin Dövlət Təhqiqat Bürosu (QBR) və Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) rəhbərini təyin etmək hüququ ilə bağlı konstitusiyaya ediləcək dəyişikliklər layihəsini qanuna zidd hesab edib.

Xalqinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, bundan əlavə, məhkəmə tamamilə proporsional seçki sisteminə keçid və parlament üzvlərinin sayının 300 nəfərə endirilməsi ilə bağlı Konstitusiyaya dəyişikliklər layihəsini tanıyıb. Ancaq Ali Radanın qaydalarına görə, layihənin məhkəmə tərəfindən tanınması ilə bütün prosedur əvvəldən başlayır: aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq və qanun layihəsini yenidən Konstitusiya Məhkəməsinə təqdim etmək lazımdır.

Qeyd olunur ki, Konstitusiya məhkəməsindən keçmə prosesi və mövcud dəyişikliklər də çox çətin olacaq.

Bu məqamda bildirək ki, Konstitusiyanın 106-cı maddəsinə edilən dəyişiklik layihəsinə görə, prezident NABU-nu yaradır, həmçinin qanuna uyğun olaraq NABU və QBR direktorlarını vəzifəyə təyin və vəzifədən azad edir. Bundan əlavə, dövlət başçısına müəyyən sahələrdə dövlət tənzimlənməsini, işgüzar fəaliyyətə nəzarət və nəzarəti həyata keçirən müstəqil tənzimləmə orqanlarının yaradılması səlahiyyətinin verilməsi təklif edilib.
Geri qayıt