DataLife Engine > Dünya > Qızıl mədənində qəza nəticəsində 4 nəfər öldü

Qızıl mədənində qəza nəticəsində 4 nəfər öldü


9-12-2019, 04:06. Yerləşdirdi: Tural Qızıl mədənində qəza nəticəsində 4 nəfər öldü
Cənubi Afrika Respublikasının Orkni şəhərindəki qızıl mədənində çökmə nəticəsində baş verən qəzada 4 fəhlə ölüb.

“News24” xəbər verir ki, çökmə nəticəsində 5 fəhlə mədəndə iflic vəziyyətdə qalıb.

Xilasetmə əməliyyatı nəticəsində fəhlələrdən birini xilas etmək mümkün olub. Ölən fəhlələrin cəsədləri dekabrın 8-də mədəndən çıxardılıb.

CAR-nın Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ötən il ölkənin mədənlərində 81 nəfər ölüb.
Geri qayıt