DataLife Engine > Dünya > Veterana pensiya əvəzinə konditer məmulatı verdilər

Veterana pensiya əvəzinə konditer məmulatı verdilər


7-12-2019, 20:09. Yerləşdirdi: Tural Veterana pensiya əvəzinə konditer məmulatı verdilər
Rusiyanın Ufa şəhərində əmək veteranına pensiyasının bir qismini konditer məmulatı ilə ödəyiblər.

Bu barədə “UFA1” xəbər yayıb.

Yerli poçt şöbəsinin əməkdaşı pensiyası evində ödənən veterana 13100 rubl ödəyib, qalan pulu isə konditer məmulatı ilə əvəzləyib. O, pensionerə onlara belə göstəriş verildiyini bildirib.

Veteranın qızının sözlərinə görə, təqaüdçü özünə gələnə qədər poçtalyon tez oranı tərk edib.

“Rusiya Poçtu”nun regional filialında bu informasiyanın doğru ola bilməyəcəyi və artıq yoxlanışa başlanıldığı bildirilib.

Veterana pensiya əvəzinə konditer məmulatı verdilər
Geri qayıt