DataLife Engine > Dünya, GÜNDƏM > Ermənistanın təhsil nazirinin müavini həbs edildi

Ermənistanın təhsil nazirinin müavini həbs edildi


7-12-2019, 18:43. Yerləşdirdi: Tural Ermənistanın təhsil nazirinin müavini həbs edildi
Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Qevork Loretsyan rüşvət alma ittihamı ilə həbs edilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Dekabrın 4-də Ermənistan Milli Təhlükəszilik Xidməti Loretsyanla birlikdə onun sürücüsünü və idman məhsullarının tədarükü ilə məşğul olan ölkənin futbol klublarından birinin rəhbərini saxlayıb.

“Saxlanılanlara qarşı ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib”, - deyə MTX-dən bildirilib.

Geri qayıt