DataLife Engine > Dünya > İsrail parlamenti buraxıldı

İsrail parlamenti buraxıldı


9-12-2014, 12:20. Yerləşdirdi: Esi İsrail parlamenti buraxıldıBenyamin Netanyahu yeni hökumətə dini liderləri cəlb edəcək
Knessetdə qanunvericilər parlamentin buraxılmasına qərar veriblər.

Anspress-in məlumatına görə, parlamentin buraxılmasına səbəb bir qədər əvvəl baş nazir Benyamin Netanyahunun maliyyə naziri Yair Lapid və ədliyyə naziri Çipi Livnini vəzifəsindən kənarlaşdırması olub.

Hazırkı parlament qanuni müddətin heç yarısını da başa vura bilməyib. İsrail mətbuatı Netanyahunun yeni hökumətin tərkibinə dini partiya liderlərini də cəlb edəcəyini yazır.

Netanyahunun İsrailin təkcə yəhudilərin ölkəsi olmasına dair təklif etdiyi qanun layihəsi, həmçinin, vergi və müdafiə siyasətində yaranmış ziddiyyətli fikirlə məhz nazirlər arasında gərginliyə səbəb olmuşdu.

Deputatlar yeni ümummilli seçkilərin vaxtını mart ayının 17-nə müəyyənləşdiriblər.
Geri qayıt