DataLife Engine > Dünya > ABŞ Dövlət katibi İrandakı etirazçılara farsca müraciət etdi

ABŞ Dövlət katibi İrandakı etirazçılara farsca müraciət etdi


22-11-2019, 15:06. Yerləşdirdi: Tural ABŞ Dövlət katibi İrandakı etirazçılara farsca müraciət etdi




ABŞ Dövlət katibi Mayk Pompeo öz Tvitter səhifəsində farsca İrandakı etirazçılara müraciət edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, müraciətində ABŞ-ın insan haqlarının pozuntusuna görə İrana qarşı sanksiya tətbiq etməsi üçün etirazçılardan mitinqlərin foto və videolarını onlara göndərməyi xahiş edib.

“Mən İrandakı etirazçılardan xahiş etdim ki, bizə rejimin aksiya iştirakçılarını təqib etməsini sənədləşdirəcək video, foto və informasiyalar göndərsinlər. ABŞ bunu ictimaiyyətə təqdim edəcək və pozuntulara görə sanksiya tətbiq edəcək”,-deyə Dövlət katibi bildirib.
Geri qayıt