DataLife Engine > Dünya > Bağdadinin arvadından şok məlumat

Bağdadinin arvadından şok məlumat


10-11-2019, 20:40. Yerləşdirdi: Gunay Bağdadinin arvadından şok məlumat
Türkiyə tərəfindən yaxalanan İŞİD lideri Əbubəkr Bağdadinin ilk həyat yoldaşı Əsma Feysi Məhəmməd əl Kubeysinin terror təşkilatı ilə bağlı genişmaştablı kəşfiyyat məlumatları verdiyi üzə çıxıb.

"Xalqinfo" xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.

Adını açıqlanmayan türkiyəli rəsminin verdiyi məlumatda bildirilib ki, Bağdadinin həyat yoldaşı İŞİD-ə məxsus daxili və gizli informasiyaları kəşfiyyat orqanlarına verib: "Əsl kimliyini dərhal üzə çıxardıq. Özü könüllü şəkildə Bağdadi və İŞİD haqda geniş kəşfiyyat məlumatı verdi. Əlimizdə olan bir çox informasiyanı bu ifadə nəticəsində dəqiqləşdirmək imkanımız oldu. Eyni zamanda başqa yerlərdə də bir çox əməliyyat həyata keçirib İŞİD üzvlərini tutmaq üçün yeni kəşfiyyat məlumatları da əldə etdik".

Xalqinfo.az
Geri qayıt