DataLife Engine > Dünya, BLOK XƏBƏR > Fətullah Gülənin erməni keşişə yazdığı məktubu tapıldı -

Fətullah Gülənin erməni keşişə yazdığı məktubu tapıldı -


5-11-2019, 20:59. Yerləşdirdi: Tural Fətullah Gülənin erməni keşişə yazdığı məktubu tapıldı -





Türkiyənin Adana şəhərində FETÖ/PYD əleyhinə keçirilən əməliyyat zamanı 33 nəfər saxlanılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəlilərdən biri olan N.G.-nın evində ələ keçirilən rəqəmsal materiallar arasında FETÖ lideri Fətullah Gülənin 1965-ci ildə Kırıklarelidə keşişlik edən erməni Şinork Kalustyana yazdığı məktub üzə çıxıb. Gülən erməni keşişə yazdığı məktubda qondarma “erməni soyqırımı”nı tanıdığını bildirib.

Qeyd edək ki, ələ keçirilən 33 şübhəlidən 5-i həbs edilib, 28-i isə şərti azadlığa buraxılıb.

Fətullah Gülənin erməni keşişə yazdığı məktubu tapıldı -
Geri qayıt