DataLife Engine > Dünya > Böyük Britaniya Parlamenti növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib

Böyük Britaniya Parlamenti növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib


30-10-2019, 11:13. Yerləşdirdi: Gunay Böyük Britaniya Parlamenti növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib
Böyük Britaniya Parlamentinin İcmalar Palatası dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib.

"Xalqinfo" xəbər verir ki, qərarın lehinə 438, əleyhinə isə 20 deputat səs verib.

İcmalar Palatasının qəbul etdiyi qanun layihəsi Lordlar Palatası tərəfindən də təsdiqlənməlidir.

Əgər Lordlar Palatası qanun layihəsini təsdiqləyərsə, noyabrın 6-da parlament ləğv ediləcək və səsvermə gününə qədər beş həftəlik seçki kampaniyasına başlanılacaq.

Belə olan halda, ingilislər 1923-cü ildən bəri ilk dəfə Milad bayramı ərəfəsində səsverməyə gedəcəklər.

Xalqinfo.az
Geri qayıt