DataLife Engine > Dünya > İŞİD liderini əvəz edəcək şəxs də öldürülüb

İŞİD liderini əvəz edəcək şəxs də öldürülüb


29-10-2019, 19:44. Yerləşdirdi: Gunay İŞİD liderini əvəz edəcək şəxs də öldürülüb
İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini əvəz edəcək şəxs də öldürülüb.  

"Xalqinfo"nun APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

Onun sözlərinə görə, əl-Bağdadinin xələfi ABŞ hərbçiləri tərəfindən məhv edilib.

“Çox güman ki, o ən yaxşı yeri tutacaqdı. Artıq o da ölüdür!”, - deyə D. Tramp vurğulayıb.

ABŞ Prezidenti öldürülən terrorçunun adını açıqlamayıb.

Qeyd edək ki, Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. İŞİD-in yeni liderinin Abdullah Qardaş olması barədə məlumatlar yayılıb.

Xalqinfo.az
Geri qayıt